Şuşada 30 ildən sonra ilk dəfə səyyar ədliyyə xidmətləri təşkil olunub

0
194

Şuşada 30 ildən sonra ilk dəfə səyyar ədliyyə xidmətləri təşkil olunub.

Bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin “Twitter“ səhifəsində məlumat verilib.

“10-11 oktyabr tarixlərində Şuşada Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən səyyar ədliyyə xidmətləri təşkil olunub.

30 ildən sonra ilk dəfə Şuşada çalışan vətəndaş Qəmbərov Ağahüseyn Nemət oğluna ilk notariat hərəkəti həyata keçirilmişdir”, – deyə paylaşımda qeyd olunub.