Şuşa internetlə təmin edildi

0
272
Şuşa internetlə təmin edildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aztelekom” MMC Şuşa şəhərində mövcud müəssisə və yaşayış binalarını optik telekommunikasiya xidmətləri ilə təmin edib.

Nazirlikdən verilən məlumata görə, artıq şəhərdə ilk istehsalat müəssisəsi olan Çörək zavodunda xidmətə qoşulma icra edilib.

Hazırda Şuşa sakinləri və şəhərin qonaqları genişzolaqlı internet xidmətlərini minimum 30 mb/s sürətlə əldə edə bilirlər.

Məlumat üçün bildirək ki, işğaldan azad edilmiş şəhərdə müasir telekommunikasiya infrastrukturu GPON (Qiqabit tutumlu optik şəbəkə) texnologiyası əsasında qurulub.