Şuşa-Füzuli yolunda tapılan minalarla bağlı AÇIQLAMA

0
333

“İşğaldan azad olunan ərazilərdə mina təmizləmə əməliyyatları üç üsulla aparılır: mexaniki, əllə və xüsusi təlim görən itlər vasitəsilə. Xüsusi təlim keçən itlər ANAMA mütəxəssisləri tərəfindən hazırlanıb. Əvvəllər bu cür itlər xaricdən – ABŞ, Bosniya və digər ölkələrdən alınırdı. Artıq bu itlər yerli kinoloji mərkəzdə hazırlanır. Bir itin mina təmizləmə üzrə ixtisaslaşmasına 12-24 ay vaxt sərf edilir. Əvvələr bu itlər xaricdən 17-22 min dollara alınırdı. Hazırda Göygöl Regional Təlim Mərkəzindəki itlərin seleksiyası həyata keçirilir”.

Bunu jurnalistlərə açıqlamasında Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) nümayəndəsi Mədət Məmmədov deyib.

M.Məmmədovun sözlərinə görə, Şuşa-Füzuli yolunun 17-ci kilometrliyində Füzuli rayonunun Alxanlı-Seyidəhmədli kəndləri ərazisindən keçən hissəsində təmizləmə işləri aparılır:

“Bu zamana kimi ərazidən 5 ədəd hərbi sursat, 207 tank əleyhinə mina, 168 ədəd piyada əleyhinə mina tapılıb”.