Türkiyədə bərbərdən çıxan adamın başına qəribə hadisə gəlib.
“Haber Global” xəbər verir ki, şüşə qapını görməyən şəxs özünü qapıya çırpıb, üstəlik şüşəni qıraraq o tərəf keçib.
İş yerinin güvənlik kamerasına düşən görüntülər maraqla qarşılanıb.
Zərərçəkmiş şəxs hadisədən sonra xırda xəsarətlər alıb.