Sürücülərin nəzərinə: Bu yolda dəyişiklik edildi

0
289

Əhməd Rəcəbli küçəsində xüsusi hərəkət zolağının təşkili ilə bağlı işlər yekunlaşıb.

Bu barədə Bakl Nəqliyyat Agentliyi məlumat yayıb.

Məlumata görə, artıq zolağın tələbinə uyğun ərazidə yol nişanları və onun qüvvədə olmasını bildirən əlavə məlumat lövhələri qoyulub.

Agentlik sürücülərdən axşam saat 17:00-dan axşam saat 20:00-dək yol nişanının tələbinə əməl etmələrini xahiş edib.

Məlumat üçün qeyd edək ki, avtobus zolağı Əhməd Rəcəbli küçəsinin Təbriz küçəsi ilə kəsişməsindən Həsən Əliyev küçəsi ilə kəsişməyədək olan hissəsində hər iki istiqamətdə çəkilib.