Sürücüləri təhlükə gözləyir

0
165

Günün böyük bir hissəsini sükan arxasında keçirən kişilər bir sıra xoşagəlməz, hətta təhlükəli xəstəliklər qazana bilərlər.

Bu sözləri “Gazeta.ru”ya məşhur uroloq-androloqu Vladimir Linkov deyib.

Onun sözlərinə görə, daha çox sürücülər oturaq həyat tərzi keçirirlər ki, bu da xroniki prostatit, düz bağırsaq və ya hemoroid xəstəlikləri, həmçinin osteoxondroza səbəb olur. Bundan əlavə, sürücülər stressə məruz qalırlar ki, bu da metabolik pozğunluqlar, ürək və damar xəstəliklərinə yol açır. Sürücülərin yolda istifadə etdikləri zərərli yeməklər də sağlamlığa mənfi təsir göstərir. Qeyri-sağlam qidalanma piylənməyə, mədə xorası və tip 2 diabetə səbəb ola bilər.

Linkov hesab edir ki, insanın idrak funksiyalarının azalmasına səbəb olan psixo-emosional pozğunluqları və narahatlığı da xəstəliklər qrupuna daxildir. Xəstəliklərin baş verməsinin qarşısını almaq üçün uroloq sürücülərə hər üç saatdan bir sağlam qida qəbul etməyi və çömbəlmə ilə məşqlər etməyi tövsiyə edir.