Sürücülərə şad xəbər: Bu yollar işıqlandırıldı – FOTO

0
351

Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Hacıqabul və Kürdəmir rayonları ərazisindən keçən Muğanlı, Qarasu, Padar və Sığırlı yaşayış məntəqələrin  əhatə edən yol sahələrində bir neçə nöqtədə  piyadavurma  təhlükəsi yaranması səbəbindən həmin yolun işıqlandırılması üçün DİN BDYPİ Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət edib.

Agentlik tərəfindən yuxarıda qeyd olunan yaşayış məntəqələrini əhatə edən  45 km yol sahəsində işıqlandırma bərpa edilib. Artıq 10 gündən  çoxdur ki, sözügedən kəndlərin ərazilərində  yollar tam olaraq  işıqlandırılır.

Prosesin davamlı olacağı, digər qəza  təhlükəli nöqtələri  təhlil edərək həmin ərazilərin  də işıqlandırılması  barədə aidiyyəti qurumlar qarşısında  vəsatət qaldırılacaq.