Kiyevdə yanacaqdoldurma məntəqəsində yük maşını böyük sürətdə minik maşınına çırpılıb.
“Kyiv operativ” saytı qəzanın videosunu yayımlayıb.
Əvvəlcə “Renault” yük maşını “Mitsubishi”yə dəyib sonra isə yanacaqdoldurma məntqəsində dayanan “Hyundai” markalı maşına çırpılıb. Bu zaman “Hyundai”dan çıxan sürücü kənara atılaraq canını ölümdən qurtarıb.
İlkin məlumata əsasən, yük maşınının sürücüsü sükan arxasında yuxulayıb.