Suriyadan şok: Türkiyəyə hücum üçün bəhanə verdilər

0
482

Suriya kürd qruplaşmaları ilə danışıqlar aparmağa hazırlaşmır.

Bunu Suriya Xarici İşlər nazirinin müavini Feysal Mikdad deyib. Onun sözlərinə görə, kürdlər ölkəni sataraq, Türkiyəyə Suriyanın suverenliyini pozması üçün bəhanə veriblər:
“Biz xarici qüvvələrin əsirinə çevrilənlərlə heç bir dialoq və danışıqlara razılaşmayacağıq. Suriya ərazisi Vaşinqton agentləri üçün plasdarm olmayacaq. Kürd qruplaşmaları keçən illərdə aktiv şəkildə ABŞ-la əməkdaşlıq edərək, ölkəni satıb, cinayət törədiblər”.