
Suriyanın Həma əyalətində yol kənarına basdırılmış iki minanın partlaması nəticəsində ən azı 18 nəfər ölüb, 3-ü isə yaralanıb.
Bu barədə SANA agentliyi məlumat yayıb.
Qeyd edək ki, terror aktı əs-Salamiyə şəhəri yaxınlığındakı Vadi əl-Əzib rayonunda baş verib.