Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi “Sülh Çeşməsi Hərəkatı” antiterror əməliyyatı çərçivəsində PKK/PYD və YPG terror qruplaşmalarının 459 terrorçusu zərərsizləşdirilib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında antiterror əməliyyatına başlayıb.