Bir neçə ildən sonra zərurət yaranarsa alimlər dünya vaxtından bir saniyə çıxa biləcəklər.
Bunu fizika üzrə alim Sergey Donçenko bildirib.
Xatırladaq ki, bir müddət əvvəl fizik Vitali Palçikov bildirib ki, son illər Yerin fırlanma sürəti anormal şəkildə artmaqdadır. Onun sözlərinə görə, bu effekti kompensasiya etmək üçün 2029-cu ilə qədər bir saniyəni çıxarmaq lazım gələcək.
“Bir saniyə əlavə və ya çıxmaq kimi texniki tapşırıq artıq uzun müddətdir ki, bizə heç bir problem yaratmayıb”, – deyə Donçenko bildirib.
O, Yerin daim sürətləndiyini, sonra isə yavaşladığını açıqlayıb. Bildirib ki, hazırda yer sürətləndirmə rejimindədir.