Amerikanın “iSeeCars” jurnalının ekspertləri son beş ildə ən çox ucuzlaşan avtomobilləri sıralayıb.
“iSeeCars”ın hesablamalarına görə, “Jaguar I-Pace” sahibləri 5 illik avtomobili satarkən təxminən 51,9 min dollar (qiymətin 72,2%-ni) itirirlər. Bu isə rekorddur.
“Anti-lider”likdə ilk üçlüyü BMW 7 Series (67,1%) və Tesla Model S (65,2%) tamamlayır.
İlk onluğa isə Infiniti QX80 (65%), Maserati Ghibli (64,7%), BMW 5 Series (64,7%), Nissan LEAF (64,1%), Maserati Levante (63,7%), Tesla Model X (63,4%) və Cadillac Escalade ESV (62,9%) daxildir.