Süni spermatozoid yaradıldı – Dünyada ilk

0
143

Dünya artıq illərdir utopik ideya adlandırdığı kişisiz uşaq dünyaya gətirmə ideyasına yaxınlaşmaqdadır.

Yapon alimləri laboratoriyada kişi cinsiyyət hüceyrələri yetişdirməyi bacarıb.

2 ay ərzində eksperimentdə yenidoğulmuş siçan balalarının toxumasından götürülmüş hissəcikdən yetişkin cinsiyyət hüceyrələri yetişdirilib. Faktiki olaraq, spermatozoidlərin alınması üçün yetkin siçanlardan istifadə olunmayıb.

Eksperimentin rəhbəri qadın alim Takexiko Oqavadır.

Daha sonra laboratoriyada alınmış sperm ilə dişi siçanlar mayalandırılıb və hər iki cinsdən tam normal, sağlam siçanlar doğulub.

Hətta süni spermatozoidləri dondurmaq da onların effektivliyini azaltmayıb.

Bu elmi kəşf sonsuz kişilərə öz hüceyrəsindən uşaq sahibi olmağa və donor spermindən istifadə etməməyə imkan verəcək.