Süni intellekt minlərlə insanı evlərindən didərgin saldı: qarşısını ala bilmirlər

0
35

Niderlandda ikili vətəndaşlığı olan və adları “yad” səslənən on minlərlə insanın süni intellekt tərəfindən “vergi cinayətkarı” kimi kodlaşdırıldığı üzə çıxıb. İnsanların evlərini itirməsinə və borca ​​düşməsinə səbəb olan “irqçi proqram” qalmaqalı böyüsə də, Niderland hökuməti hələ istintaqa başlamayıb.

Niderlandda dövlət xidmətlərində süni intellektin tətbiqinə 2020-ci ildən başlanılıb. Süni intellektə quraşdırılan alqoritmlər vergidən yayınanları müəyyən etməyə başlayıb. Lakin məlum olub ki, vergidən yayındıqlarına görə cərimələnən şəxslər süni intellekt tərəfindən səhv müəyyən edilib.

Avropa İttifaqına (Aİ) yaxınlığı ilə tanınan “The Parliament” nəşrinin açıqladığı məlumata görə, hökumət rəsmiləri süni intellektə “yad səslənən ad və soyadları olanlar”, “ikili vətəndaşlığı olanlar” və “azlıqlar” kimi irqçi alqoritmləri yükləyiblər.

Bu səhv alqoritm sisteminə görə on minlərlə insanın haqsız yerə cərimələndiyi və cəzalandırılanlar arasında çoxlu türkün də olduğu bildirilib.

Ölkədəki qalmaqaldan sonra Niderland hökuməti irqçi alqoritmin immiqrasiya məmurları, hüquq-mühafizə orqanları, ordu və ya məktəblər tərəfindən istifadə edilib-edilməməsi ilə bağlı rəsmi açıqlama istəyib.

Avropa Komissiyasının 2022-ci ildə apardığı araşdırmaya görə, süni intellektin ayrı-seçkilik alqoritmi ilə bağlı Aİ üzvü olan 27 ölkədən Komissiyaya qədər çatan 686 rəsmi şikayət qəbul edilib.

2023-cü ildə müstəqil araşdırma jurnalistikası platforması “Lighthouse Reports” tərəfindən tədqiqat dərc edilib. Araşdırmaya görə, Niderland, Danimarka, Fransa, İspaniya və Serbiya öz vətəndaşlarına oxşar ayrı-seçkilik alqoritmləri ilə cinayət sanksiyaları tətbiq edən ölkələr sırasındadır.

Bu ölkələrdə də aşağı gəlir qrupuna daxil olan şəxslərin “yüksək cinayət potensialına malik qruplar” kimi kodlaşdırıldığı iddia edilsə də, məsələ ilə bağlı heç bir araşdırma aparılmayıb.