Süni intellekt hava döyüşlərində sınaqdan keçiriləcək

0
467

Bu ilin may ayında “DARPA” (ABŞ Müdafiə Nazirliyinin perspektivli araşdırma layihələri üzrə ofisi), gələcəkdə döyüş təyyarələrini hava döyüşləri zamanı idarə edə biləcək süni intellekt sisteminin inkişafı üçün bir tenderin açılışına hazırlığını elan edib. Belə bir sistemin inkişafı “ACE” proqramının (hava döyüşünün inkişafı) bir hissəsi olaraq həyata keçiriləcək. ACE proqramının son məqsədi, idarə olunan hərbi pilotsuz aparatlar üçün süni intellekt sistemi yaratmaqdır. Ümumiyyətlə, yeni süni intellekt sisteminin hava döyüşlərini insanlarla müqayisədə daha sürətli və daha səmərəli apara biləcəyi, pilotun yükünü əhəmiyyətli dərəcədə azaldacağı və daha böyük bir döyüş missiyasının tərkib hissəsi olaraq taktiki qərarlar qəbul etməsi üçün vaxt verəcəyi güman edilir. Hərbçilər, Texnologiya Tədqiqat İnstitutu daxil olmaqla bir sıra şirkətlərlə hava hücumu üçün neyron şəbəkə alqoritmlərinin ilkin sınaqları ilə bağlı müqavilələr bağlayıb. Sınaqlar 2019-cu ilin noyabr və 2020-ci ilin yanvar və mart aylarında keçirilərək üç mərhələdə aparılacaq.