Süni intellekt bəşəriyyəti məhv edə bilər? – Alimlərdən son QƏRAR

0
79

Almaniya və Böyük Britaniyadan olan beynəlxalq alimlər qrupu süni intellekt (AI) modellərinin insanların nəzarətindən çıxaraq bəşəriyyət üçün təhlükə yarada bilməsi ehtimalını hesablayıb.

Tədqiqat ACL saytında dərc edilib.

Mütəxəssislər süni intellektin müstəqil şəkildə inkişaf etdirdiyi bacarıqlara diqqət yetiriblər. Komanda dörd fərqli süni intellekt modeli ilə sınaq keçirib və onlara “fövqəladə” tapşırıqlar verib.

Elm adamları süni intellektin tapşırıqları yerinə yetirmək üçün yeni üsullar yaratmağa qadir olub-olmadığını öyrənmək istəyiblər. Onlar sadəcə olaraq kodlarının hüdudları daxilində mürəkkəb üsullarla işləyiblər. Nəzərdən keçirilən şəbəkələrdə müstəqil davranış əlamətlərinə rast gəlinməyib.

“Araşdırmalarımız göstərir ki, süni intellektin nəzarətdən çıxacağı və tamamilə gözlənilməz, innovativ, potensial təhlükəli bir şey edəcəyi qorxusu əsassızdır”, – araşdırmaçı Tayyar Madabuşi bildirib.