Sumqayıtlılara şad xəbər – 800 yeni iş yeri yaradılacaq

0
766
Azərbaycanda avtomobil şin istehsalı zavodunun tikintisinə sərmayələr $300 mln. təşkil edəcək.
Bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib. “Azərbaycanda avtomobil şin istehsalı zavodunun tikintisinə sərmayələr $300 mln. təşkil edəcək. Zavod Sumqayıt Kimya Sənaye Parkı ərazisində tikiləcək. Zavodun tikintisini “Çin Milli Elektrik Mühəndisliyi Ko. Ltd” (CNEEC) şirkəti həyata keçirəcək”, – Ş.Mustafayev AzTV telekanalının efirində bildirib.Onun sözlərinə görə, “CNEEC” şirkəti Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusuna əldə edəcək. Hazırda layihədə pay iştirakı aşaöıdakı kimi nəzərdə tutulur: CNEEC – 90%, Azərbaycan İnvestisiya Şirkəti – 10%. Nazir danşıqlar zamanı AİŞ-in sazişdə payının artacağını istisna etməyib.
“Zavodun istehsal gücü illik 3,3 mln. avtomobil şin təşkil edəcək. Bunlardan 3 mln.-u minik avtomobili, 300 mini yük avtomobili üçün nəzərdə tutulur. Göründüyü kimi, müəssisənin illik gücü yalnız yerli bazar üçün nəzərdə tutulmur. Şinlər qonşu ölkələrə ixrac olunacaq, bu da təbii olaraq Azərbaycanın ixrac potensialının artmasına xidmət edəcək. Müəssisədə 800 yeni iş yeri yaradılacaq”, – Ş.Mustafayev vurğulayıb.