“SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Sumqayıt Etilen-polietilen zavodunda başlayan yanğın söndürülüb”.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib.
13:06
“SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Sumqayıt Etilen-polietilen zavodunda başlayan yanğın zamanı yeddi nəfər xəsarət alıb”.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva açıqlamasında bildirib ki, yaralılardan birinə ambulator yardım göstərilib və evə buraxılır:
“Altı nəfər isə Respublika Yanıq Mərkəzinə göndərilib. Onlardan birinin vəziyyəti ağırdır”.
13:01
SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Sumqayıt Etilen-polietilen zavodunda yanğın başlayıb.
Bunu Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva bildirib.
O qeyd edib ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları əraziyə cəlb edilib:
“Aparılan tədbirlər nəticəsində yanğın məhdudlaşdırılıb. Söndürülməsi istiqamətində iş gedir”.