Sumqayıtda standartlara cavab verməyən iaşə obyektləri cərimələndi – VİDEO

0
368

Sumqayıtda sanitar norma və tələblərə cavab verməyən, nəzərdə tutulan standartlardan uzaq fəaliyyət göstərən kafe və restoranlar aşkar edilib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinin keçirdiyi yoxlamalarda gigiyenik qaydaların kobud şəkildə pozulduğu məlum olub.

Reyd zamanı qanun pozuntuları ilə yanaşı, qaydalara əməl edən restoranlara da rast gəlinib. Giriş hissələrdə, müştərilərin əyləşdikləri masalarda, mətbəx və digər yerlərdə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən təlimat lövhələri vurulub.

Obyekt sahiblərinə sanitar norma və tələblər barədə məlumat verilib.

Ətraflı  süjetdə təqdim edirik: