
Sumqayıt şəhərinin sənaye zonasında Gübrə zavodunun yaxınlığında ölüm hadisəsi baş verib.
1975-ci il təvəllüdlü Rusiya Federasiyası Çeçenistan Respublikasının vətəndaşı Bislan Bakayev münaqişə zəminində hələlik şəxsiyyəti məlum olmayan şəxs tərəfindən qətlə yetirilib.
B.Bakayev ürək nahiyyəsindən 1 və qulaq hissəsindən 2 bıçaq yarası alıb. Onu bıçaqlayan şəxs hadisə yerindən qaçıb. Qətli törədən şəxsin saxlanılması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat tədbirləri həyata keçirilir.
Çeçenistan vətəndaşını bıçaqlayan şəxsin Ağcabədi sakini olduğu bildirilir.
Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.
Hadisə ilə bağlı araşdırmalar aparılır.