“Sumqayıt” klubu kapitanı ilə müqaviləni yeniləyib

0
591

2020/2021 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” futbol klubu Mehdi Cənnətov və Elvin Bədəlovun ardınca kapitan Vurğun Hüseynovla da müqaviləni yeniləyib.
Klubun mətbuat xidmətindən bildirilib ki, Vurğun Hüseynov növbəti mövsümdə də komandanın uğurları üçün çalışacaq. O, 2013/14 mövsümündən etibarən “Sumqayıt”da çıxış edərək, komandanın tarixində ən çox oyun keçirən futbolçudur. 164 matçda forma geyinən kapitan bir dəfə qol vurmağa da nail olub.