Sülhməramlıların xərclərini bu ölkə qarşılayacaq

0
490

Sülhməramlıların xərclərini bu ölkə qarşılayacaq

Dağlıq Qarabağda yerləşdiriləcək Rusiya sülhməramlılarının xərcləri Rusiya hökuməti tərəfindən qarşılanacaq.

Bu barədə ölkə prezidenti Vladimir Putinin imzaladığı “Dağlıq Qarabağda sülhün dəstəklənməsi ilə bağlı tədbirlər haqqında” fərmanda deyilir.

Qeyd olunur ki, hərbçilərin, eləcə də onların ailə üzvlərinin maddi təminatı, digər xərclər və təzminatların Rusiya hökuməti tərəfindən təmin olunur

Qeyd edək ki,Vladimir Putin Dağlıq Qarabağda sülhün dəstəklənməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.

Rusiya Prezidenti ildə iki dəfədən az olmayaraq Dağlıq Qarabağdakı sülhməramlıların rotasiyasının keçirilməsi ilə bağlı Müdafiə Nazirliyinə tapşırıq verib.