Sülhməramlıların Qarabağda 3 yeni postu da BAĞLANDI

0
158

2023-cü il sentyabrın 19-dan etibarən Əsgəran, Ağdərə, Xocavənd və Şuşa rayonlarında Rusiya sülhməramlılarının 8 müşahidə məntəqəsi və 16 müvəqqəti müşahidə postu bağlanıb.

Bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyin günlük bülletenində deyilir.

Yollarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə 10 post quraşdırılıb. Onlardan 5-i Azərbaycan tərəfi ilə birgə fəaliyyət göstərir.

Rusiya sülhməramlılarının iştirakı ilə Qarabağın məskunlaşma olan ərazilərinə elektrik enerjisi və qazın verilməsinin bərpası istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, Rusiya MN-nin 17 oktyabr tarixli bülletenində Qarabağda 13 postun quraşdırıldığı qeyd edilmişdi. Onlardan 8-i Azərbaycan tərəfi ilə birgə fəaliyyət göstərirdi.

İki günün (17-19 oktyabr) statistikasına nəzər yetirsək, yeni quraşdırılmış 3 yeni postun bağlandığını vurğulaya bilərik.