Sülhməramlılar Qarabağdan çıxır: Rusiya nümayəndə heyəti İrəvana gəlir

0
176

Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti İrəvana səfər edəcək və orada erməni tərəfi ilə Rusiya sülhməramlılarının Qarabağ ərazisindən çıxarılmasının konkret vaxtını müzakirə edəcək.

Bu barədə TASS məlumat yayıb.

Bundan əvvəl Rusiya hərbçiləri Qarabağdakı keçmiş qoşunların təmas xətti boyunca – Əsgəran, Ağdərə və Şuşa rayonlarında müvəqqəti müşahidə məntəqələrini (TOP) bağlayıblar .

Oktyabrın 4-də Rusiya Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskva sülhməramlı kontingentin qalma müddətini Bakı ilə müzakirə edəcək və proses regiondakı vəziyyətlə müəyyənləşəcək.

https://www.youtube.com/shorts/eHOAPLTwAtE