Sülh müqaviləsi imzalanır: İrəvan həmin gün Bakının bu tələbini də yerinə yetirəcək

0
13

Ermənistanla Azərbaycan arasında “sülh müqaviləsi”nin imzalanması prosesi son mərhələyə qədəm qoyub. 

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, sazişin mətni nəhayət razılaşdırılıb, yalnız imzalanması qalıb. Onun sözlərinə görə, hazırda iki ölkə arasında diplomatik kanallar vasitəsilə müqavilənin imzalanmasına hazırlıq məqsədilə məsləhətləşmələr aparılır.

Qriqoryan onu da vurğulayıb ki, sülh müqaviləsi imzalanan gün Ermənistan tərəfi Minsk Qrupunun buraxılması ilə bağlı rəsmi bəyanat verməyə hazırdır. Jurnalistlərin suallarını cavablandıran Qriqoryan xatırladıb ki, Konstitusiya ilə bağlı məsələlərdə Ermənistanın mövqeyi dəyişməz olaraq qalır. Lakin o, bu amilin müqavilənin imzalanmasına əsas maneə olub-olmadığını dəqiqləşdirməyib.