Tədqiqatçılar Süd Yolu qalaktikasının xarici sərhədlərinin düşündüyümüzdən daha çox uzana biləcəyini və əslində ən yaxın qonşumuz olan Andromeda qalaktikasına toxunduğunu irəli sürürlər.
Bununla bağlı “Nature Astronomy” jurnalında məqaləyə dərc olunub.
Belə ki, beynəlxalq alimlər qrupu ulduzlararası fəza ilə qalaktikaları əhatə edən qaz buludu olan “sirkumqalaktik mühit” (CGM) arasındakı sərhədi yenidən müəyyənləşdiriblər.
İndiyədək bu qaz buludu alimlər üçün sirr olaraq qalırdı. Qalaktikaların kütləsinin təxminən 70 faizini təşkil edən bu qaz buludunu öyrənmək üçün tədqiqatçılar kvazarlar kimi göy cisimləri tərəfindən udulan işığı təhlil etməli olublar.
İllər öncə dörd milyard il ərzində Süd Yolunun Andromeda ilə birbaşa toqquşma yaşayacağını proqnozlaşdırılıb. Lakin son məlumatlar göstərir ki, bu toqquşma texniki cəhətdən artıq başlamış ola bilər.