Koronavirusa yoluxan ana uşağını öz südü ilə bəsləməyə qərar verərsə, əl gigiyenasından sonra N95 markalı maskanı taxaraq, bunu həyata keçirə bilər.
Bunu Türkiyədə Koronavirusla bağlı Elmi Şura COVID-19-a yoluxma diaqnozu qoyulan və yeni doğuş həyata keçirən analara müraciətində bildirib.
“Əgər ana südünü sağaraq vermək istəyərsə, əl gigiyenasından sonra sinəsini təmizləməlidir. Bundan sonra cərrahi maska taxaraq, pompadan istifadə edə bilər”, – deyə məlumatda bildirilib.
Qeyd edək ki, bundan əvvəl verilən məlumatlarda virusun əmizdirmə yolu ilə uşaqlara keçmədiyi bildirilmişdi. Ancaq əmizdirmə vaxtı diqqətli olmaq lazımdır. Virus damcı və təmas yolu ilə yoluxa bilər.