Subbakalavrların ərizə qəbulu nə vaxt başlayacaq?

0
351

“Subbakalavrların ərizə qəbulu hələ elan edilmir”.

Bunu mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, bu barədə əsas imtahanlardan sonra məlumat veriləcək:

“Subbakalavrların sənəd qəbulu başlayanda bu barədə əlavə məlumat veriləcək. Çox güman ki, sənəd qəbulunu iyun ayının sonunda başlayacağıq”.