Stomatoloji xidmətlər günbəgün bahalaşır – Səbəb nədir? VİDEO

0
400

Dişlərin müalicəsindən danışacağıq. Bəzən bunun üçün ilk növbədə banklara üz tuturuq. Təbii ki, burada bizə stomatoloji xidmətlər göstərilmir. Sadəcə burada kredit götürüb daha sonra həkimə müraciət edirik. Çünki qiymətlər olduqca bahadır. Əməkdaşımız Nərmin Mirvalehqızı bunun səbəblərini öyrənməyə çalışıb. Nəyə görə stomotoloji xidmətlər bu qədər bahadır?

Qonşun pisdir köç qurtar, dişin ağrıyırsa, çək qurtar deyirlər. Ancaq bu, heç də belə deyil. Çünki, indiki dövrdə dişlərin müalicəsi üçün kifayət qədər imkanlar da var, stomotoloji klinikalar da. Lakin qiymətlər hər kəsin cibinə görə deyil. Hətta bir neçə dişin müalicəsi üçün banklardan kredit götürənlər də olur.

Həkim stomatoloq-implantoloq Tural Səfərov bildirir ki, Azərbaycanda stamotolji məhsulların çoxu xaricdən alınır. Buna görə də, belə xidmətlərin qiyməti də bahadır. Burada həm də həkimlərin təhsili və əldə etdiyi sertfikatlar önəm daşıyır.

Tural Səfərovun sözlərinə görə, qiymətlərə təsir edən amillərdən biri də əvvəllər əl əməyi ilə ərsəyə gələn müayinələrin indi cihazlarla əvəzlənməsidir. Hətta alətlərin gigeynasının qorunması üçün də müxtəlif aparatlar var.

Stomatoloq-implantoloq son dövrlər müraciətlərin daha çox ağız gigeynasının zəifliyi ilə əlaqədar  olduğunu deyir.