Stokholmda 2021-ci il Nobel mükafatlarının təqdimetmə mərasimi baş tutub.
Tədbir 1896-cı il dekabrın 10-da vəfat edən Alfred Nobelin anım günündə keçirilib.
Onun vəsiyyətinə əsasən, Sülh Mükafatı Osloda, şəhər meriyasında öz sahiblərinə təqdim edilib. Builkli mükafatçılar söz azadlığının qoruması üçün göstərdikləri səylərə görə “Novaya Qazeta”nın baş redaktoru Dmitri Muratov və filippinli jurnalist Mariya Ressa olub.
İsveçli aktrisa Lena Olinin aparıcılığı ilə baş tutan mərasimdə İsveç kralı XVI Karl Qustav, kraliça Silvia, vəliəhd şahzadə Viktoriya, onun həyat yoldaşı şahzadə Daniel və 300-ə yaxın qonaq iştirak edib.
Qeyd edək ki, artıq son bir neçə gündə bütün laureatlar öz ölkələrində – Almaniya, Böyük Britaniya, ABŞ və İtaliyadakı İsveç diplomatik missiyalarında öz qızıl medal və diplomlarını əldə ediblər.
Bu il ümumilikdə 13 nəfər mükafatlandırılıb. Onlara təqdim edilən Nobel medalları 18 karatlıq qızıldan hazırlanıb və çəkisi 175 qramdır.