İsveçin Stokholm bölgəsində koronavirusun Hindistan variantinin dörd halı müəyyən edilib.
Bu barədə statistik məlumatlar xəbər verib.
Bildirilib ki, 26 aprel 2021-ci ilə qədər Stokholm bölgəsində koronavirusun Britaniya variantına 6 005 yoluxma, Cənubi Afrika variantına 300 yoluxma, Braziliya variantına 30 yoluxma və Hindistan variantına dörd yoluxma halı aşkar edilib.
Koronavirusun Hindistan növü mutasiyası faktları Böyük Britaniya, Danimarka və Norveçdə də müəyyən edilib.