Lipetskin yerli icra hakimiyyəti İosif Stalinin Rusiya Federasiyası Kommunist Partiyasının vilayət komitəsinin qarşısında qoyulmuş büstü ilə bağlı qərar verməlidir.
Hakimiyyət dairələri büstün qeyri-qanuni olduğunu bildirirlər.
Xatırladaq ki, iyunun 20-dən 21-nə keçən gecə bir qrup naməlum gənc Stalinin büstünü tikinti köpüyü ilə rəngləyib. Onlar partlayıcının və qaz balonlarının vasitəsilə eyni zamanda RFKP-nin vilayət komitəsinin giriş qapısını partlatmağa çalışıblar. Partlayıcı işə düşsə də qaz balonu partlamayıb. Hazırda məsələ ilə bağlı araşdırma aparılır.
Araşdırma zamanı Stalinin büstünün qeyri-qanuni qoyulduğu məlum olub. Bunu vilayət rəhbəri İqor Artamanov Daxili İşlər Nazirliyinin kollegiya iclasında bildirib. Onun sözlərinə görə, abidə hazırlanarkən müvafiq tələblər gözlənilməyib, buna görə də meriya abidəni qanuniləşdirmək və ya onu götürməklə bağlı qərar verməlidir.
Artamanov eyni zamanda meriyanın qeyri-qanuni abidə ilə bağlı ətraflı məlumat verməsini də tələb edib.