Şri Lankada 8 partlayış: 187 ölü

0
538

Şri Lankada eyni anda 3 kilsə və 3 otel partladılıb.

Partlayışlar paytaxt Kolombo, Neqombo və Battikaloa şəhərlərində baş verib. Otel və kilsələrə hücum 08:45-də həyata keçirilib. Hücumlardan 4-ü paytaxt Kolombonun payına düşüb.Terakt nəticəsində ölənlərin sayı 52, yaralıların sayı isə 280 nəfərə çatıb.***Şri Lankada otel və kilsələrdə baş verən partlayış nəticəsində ölənlərin sayı 160 nəfərə çatıb. 360 nəfər isə yaralanıb.

“Nyus 1ST” telekanalı partlayışlar nəticəsində ölənlərin sayının 185-ə çatdığını bildirib.Kanalın məlumatına görə, ölənlərdən 35-i xarici ölkə vətəndaşıdır.***Şri Lankada daha iki partlayış baş verib.Partlayışlardan biri ölkənin qərbində yerləşən Dehivala şəhərində törədilib. Nəticədə iki nəfər ölüb.Polisin məlumatına görə, ölkədə 8-ci partlayış baş verib. Sonuncu partlayışla bağlı hələlik heç bir məlumat verilməyib.