Şri-Lanka terrorundan sonra ölkədə sosial şəbəkələr bağlanıb

0
646

Şri-Lanka hökuməti ölkədə “Facebook”, “WhatsApp” və digər sosial şəbəkəlin bağlanmasına qərar verib.

Bu barədə “Reuters” məlumat yayıb.

Bildirilir ki, sosial şəbəkələrin müvəqqəti bağlanması qərarı terror hadisələrindən sonra bölgədə zorakılıq hallarının artması ilə əlaqədardır.

Mayın 12-də baş vermiş son bənzər hadisə zamanı naməlum şəxslərin məscidlərə və müsəlmanlara aid mağazalara daş atdığı müşahidə edilib. Bunun “Facebook”da yaranmış mübahisədən sonra baş verdiyi deyilir.