Bu gün Rusiyadan Azərbaycana koronavirus əleyhinə vaksin gətirilib.
Azərbaycanın Rusiyadan aldığı “Sputnik V” vaksininin ilk partiyasını daşıyan təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanında eniş edib.
Qeyd edək ki, bu ilin martın 11-də Baş nazir Əli Əsədov 300 000 doza “Sputnik V” dərman vasitəsinin Rusiyadan Azərbaycana idxalı ilə bağlı sərəncam imzalayıb.
Daha sonra Azərbaycanın Səhiyyə Nazirliyi Rusiyanın istehsalı olan “Sputnik V” peyvəndini istifadə üçün təsdiq edib.