Kardioloq spirtli içki qəbul etməyin təhlükəli nəticələrini ortaya qoyub.
Rusiyalı kardioloq və ürək-damar cərrahı Aleksey Utin şəxsi “Telegram” kanalında içki qəbul etdikdən sonra atrial fibrilasiyaya tutulma ehtimalı barədə xəbərdarlıq edib.
Həkimin dediyinə görə, bu, spirtli içki qəbulundan sonra ürəyin “sinədən sıçraması” hissi kimi özünü göstərir. Sözügedən vəziyyət şiddətli zəiflik, nəfəs darlığı və sinə ağrısı ilə müşayiət oluna bilər.
Utin bildirib ki, atrial fibrilasiya təhlükəsi atriumda qan laxtasının meydana gəlməsidir.