Spiker: “Azərbaycan Ermənistanla sülh danışıqlarını davam etdirməyə hazırdır”

0
172

“Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması və bölgədə əmin-amanlıq yaradılması üçün sülh danışıqlarını davam etdirməyə hazırdır”.

Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin oktyabrın 12-də keçirilən xüsusi iclasında çıxışı zamanı deyib.

“Qarabağı könüllü şəkildə tərk etmək istəyən erməni sakinlərin bu torpağı hansı şəraitdə tərk etdiyini hamımız müşahidə etdik, dünya da görüb yəqin edə bildi. Hesab edirəm ki, bütün bunlar Azərbaycan xalqına xas olan və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə təcəssümünü tapan humanizm və mərhəmətin bariz ifadəsidir.

Onu da qeyd edim ki, Qarabağ ərazisində qalan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası üçün lazımi tədbirlər görülür. Bununla yanaşı, Azərbaycan dövləti Ermənistan Respublikası ilə münasibətlərin normallaşdırılması və bölgədə əmin-amanlıq yaradılması üçün sülh danışıqlarını davam etdirməyə hazırdır. Bunu dövlət başçısı son çıxışlarında bir daha bəyan etdi”, – deyə S.Qafarova əlavə edib.