Vaqif Mustafayevin “Space” TV-nin rəhbərliyindən kənarlaşdırılmasından sonra telekanala kimin rəhbər təyin ediləcəyi geniş müzakirə edilir.
Bu vəzifəyə namizəd kimi bir neçə tanınmış şəxsin adı çəkilir. Onların sırasında Etibar Babayev, Vüqar Qaradağlı, Turan İbrahimov və Vado Korovinin “Space”nin rəhbəri olmaq şansının daha çox olduğu deyilir.
Vado Korovin bir neçə gün öncə ATV-dəki işindən ayrılıb. Bu, onun “Space” TV-yə rəhbər təyin edildiyi iddialarını daha da gücləndirib.