Soyuqdəymə bizi koronavirusdan qoruyurmuş

0
265

Alimlər soyuqdəymədə yaranan yüksək T-hüceyrə səviyyələri ilə koronavirus infeksiyasına yoluxma riskinin azalması arasında əlaqəni öyrənib.  

Mütəxəssislər peyvənd olunmamış və əvvəllər COVID-19-a yoluxmayan 52 könüllü üzərində araşdırma aparıblar.

Yoluxmayanlarla yoluxmuş şəxsləri eyni otağa yerləşdiriblər, daha sonra onlar PCR və qan testlərindən keçiblər. İnfeksiya testlərinə əlavə olaraq, mütəxəssislər soyuqdəyməyə səbəb olan T-hüceyrələrinin səviyyələrini təhlil ediblər.

“Koronavirusa yoluxmayan 26 könüllüdə T-hüceyrələrinin səviyyəsi yoluxmuşlarınkından xeyli yüksək çıxıb. Məlum oldu ki, T-hüceyrələri COVID-19 virusunun içindəki zülallara hücum edir. Bu yolla onlar özlərini virusdan qoruyurlar”, –  professor Acit Lalvani bildirib.Qeyd edək ki, bu, London İmperial Kollecinin mütəxəssislərinin verdiyi ümidverici nəticədir. Odur ki, əldə edilən nəticələr heç də o demək deyil ki, planetin bütün sakinləri T-limfositlərin səviyyəsini yoxlamaq üçün müayinəyə qaçmalı və ya peyvənddən imtina etməlidir.