Soyuducuda saxlandıqda faydalı xassələri artan məhsul açıqlandı

0
276

Soyuducu müxtəlif məhsullara həm zərərli, həm də faydalı xüsusiyyətlər bəxş edə bilər.

Çinli alimlərin araşdırmasına görə, aşağı temperaturda qaynadılmış düyünün faydalı xüsusiyyətləri əhəmiyyətli dərəcədə artır.

Məsələn, soyuducuda bir gecə ərzində saxlanan düyünün tərkibində nişastanın miqdarı 14% çoxalır ki, bu da orqanızmə bir çox problemin öhdəsindən gəlməyə kömək edir. O, həm qanda şəkərin miqdarını artırmır, həmdə piylənməyə qarşı müsbət təsir göstərir.

Nişasta həm də bağırsaq xərçənginin qarşısını alır. Bu maddə bədxassəli hüceyrələrə birbaşa təsir edərək, onların böyüməsinə maneə törədir.

Odur ki, alimlər qaynadılmış düyünü 24 saat soyuducuda saxladıqdan sonra yeməyi məsləhət görürlər.