Soyğun üzrə rekordçu Binəqədidə ələ keçdi

0
605

Mənzillərdə heç kimin yaşamadığına əmin olandan sonra oğurluq edən R.Meybullayev əsasən məişət, qızıl-zinət əşyaları və pul oğurlayıb

Binəqədi Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 43-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində paytaxt ərazisində silsilə oğurluqlar edən əvvəllər məhkum olunmuş paytaxt sakini Raci Meybullayev saxlanılıb.

Araşdırma zamanı müəyyən olunub ki, həmin şəxs Binəqədi qəsəbəsində 9 fərdi yaşayış evindən oğurluqlar edib. Mənzillərdə heç kimin yaşamadığına əmin olandan sonra oğurluq edən R.Meybullayev əsasən məişət, qızıl-zinət əşyaları və pul oğurlayıb. Onun yaşadığı evə baxış zamanı oğurladığı əşyaların bir qismi polislər tərəfindən aşkar edilərək maddi sübut kimi götürülüb.

Qeyd edilən faktlarla bağlı toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.