Soydaşlarımız Almaniya bundestaqını Xocalı soyqırımını tanımağa çağırıb – FOTO

0
352

Almaniyanın Münhen şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi və “İRKAZ” – Beynəlxalq Din və Mədəniyyət Elmi Mərkəzi Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilməsi çağırışı ilə Almaniya bundestaqına müraciət edib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Səttar Kərimovun imzası ilə almaniyalı parlamentarilərə ünvanlanan bəyanatda 29 il öncə erməni silahlı qüvvələrinin 366-cı motoatıcı alayın hərbçilərinin köməyi ilə Xocalıda dinc azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktı barədə barədə ətraflı məlumat verilib.  

Siyasətçilərin əsas vəzifəsinin ədalətsizliyin qarşısını almaq olduğunu xatırladan bəyanat müəllifi almaniyalı parlamentariləri 26 fevral tarixini Xocalı soyqırımı günü kimi tanımağa və faciə qurbanlarının xatirəsini yad eyməyə çağırıb. Qeyd edib ki, bu addım gələcəkdə oxşar hadisələrin təkrarlanmasının qarşısını ala, bölgəyə davamlı sülhün və barışın gəlməsini təmin edə bilər.

İRKAZ – Beynəlxalq Din və Mədəniyyət Elmi Mərkəzinin məktubunda nəzərə çatdırılıb ki, Azərbaycan xalqına qarşı törədilmiş cinayət yerli əhali arasında qorxu yaratmaq məqsədilə öncədən planlaşdırılıb və təşkil edilib.