“Vremya” verilişinin keçmiş rejissoru, SSRİ Dövlət Mükafatı laureatı Kaleriya Kislova vəfat edib.
O, 100 yaşında həyata gözlərini yumub.
Xatırladaq ki, Kislova yarım əsrdən çox informasiya xidmətində çalışaraq sovet və Rusiya televiziyası tarixində ən hörmətli şəxslərdən birinə çevrilib.