Sosial Xidmətlər Agentliyi qaziyə göndərdiyi yardım paketinə görə tənqid edildi: “Hörmətsizlikdir”

0
372

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyi qaziyə göndərdiyi yardım paketinə görə tənqid edilib.

Bu cür paketin hazırlanmasının qazilərə hörmətsizlik kimi qəbul edildiyi bildirilib.

Paketdə olan ərzağın siyahısını təqdim edirik:

249 qram qənd, 507 qram şəkərtozu, 4 sabun, 4 paket makaron, 2 kiloqram kartof, soğan, 0.5 kiloqram çay, 1 kiloqram mərci, 1 kiloqram qarabaşaq, 1 kiloqram düyü, 5 kiloqram un, 2 konserv, 2 bağlama sosiska, 1 litr qarğıdalı yağı.