Sosial müavinətlər artırılıb – MƏBLƏĞLƏR

0
411

“Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilib. 

Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. 

Fərmana əsasən, yaşa görə müavinət 130 manatdan 180 manata, I dərəcə əlilliyi olan şəxslərin müavinəti 150 manatdan 220 manata, II dərəcə əlilliyi olan şəxslərin müavinəti 130 manatdan 180 manata, III dərəcə əlilliyi olan şəxslərin müavinəti 110 manatdan 120 manata artırılır. 

Bundan başqa, dəyişikliyə görə,  sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların müavinəti 150 manatdan 200 manata,  ailə başçısını itirməyə görə müavinət 80 manatdan 100 manata, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarının müavinəti 100 manatdan 120 manata, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət 100 manatdan 120 manata, bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət 55 manatdan 70 manata, övladlığa götürülən uşağa (bu yarımbəndin ikinci abzasında qeyd olunan uşaqlar istisna olmaqla) görə müavinət 160 manatdan 200 manata, övladlığa götürülən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə müavinət 480 manatdan 600 manata, uşağın anadan olmasına görə birdəfəlik müavinət 200 manatdan 300 manata, dəfn üçün birdəfəlik müavinət 300 manatdan 350 manata qədər artırılıb. 

Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir