Sosial media bu iddia ilə çalxalanır: “Peyvənd hazırdır, ABŞ gizlədir”

0
460

ABŞ prezidenti Donald Trampın mətbuat konfransından əvvəl iki jurnalist arasındakı söhbətin mətbuatda yayılması böyük müzakirələrə yol açıb.

konfransdan əvvəl mikrafonların açıq olduğu vaxt “Fox News” televiziyasının müxbiri Con Robert “New York Times” qəzetinin fotoqrafı Duq Milsə “Tibbi maskanı çıxara bilərsən. Ölüm dərəcəsi 0,1 ilə 0,3 arasındadır” deyib. Fotoqraf isə cavabında “Onsuzda burda hər kəs peyvənd olunub. Burda heç kimə heç nə olmaz” deyib.

Qeyd edək ki, məsələ barədə açıqlama verən media işçiləri aralarında söhbətin zarafat olduğunu açıqlasa da, bu dialoq sosial mediada “ABŞ koronavirusun peyvəndini tapıb”, “Peyvənd hələ üzə çıxarılmır” və digər iddiaların gündəmə gəlməsinə səbəb olub.