“Sonuncu” filmi mükafata layiq görüldü

0
332
“Sonuncu” filmi mükafata layiq görüldü

Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyası tərəfindən istehsal olunmuş “Sonuncu” sənədli filmi beynəlxalq festivalda “Ən yaxşı sənədli film” mükafatına layiq görülüb.

“Azərbaycanfilm” kinostudiyasından  bildirilib ki, Bosniya və Herseqovinanın Palam şəhərində 15-ci Jahorina Beynəlxalq Sənədli və Qısametrajlı Film Festivalı keçirilib.

Festivalın beynəlxalq proqramının “Ən yaxşı sənədli film” nominasiyasında “Golden Maple” (Qızıl Ağcaqayın) mükafatına Azərbaycanı təmsil edən “Sonuncu” filmi layiq görülüb. Bu proqramda müxtəlif ölkələrdən 30 film yarışıb.