Sonumuz gözəl olacaq

0
41

Səmavi duyğular nə qədər xoş olsa da, qarşımızdakı problemləri müvəqqəti unutdurur. Problemləri unutmamalıyıq, amma dərd də etməməliyik. İlahi tövsiyyə də budur.
Dərddən uzaq olmaq üçün, könül ağrılarına təslim olmamaq üçün bir ömür əziyyətin haqq olduğuna inamın, qəlbimizə səngər dayağı verən bilik və gərgin əmək sindromunun müşaiyyəti, yaşantısı altında olmalıyıq. Fərqli insan durumları buna imkan verməsə də, yaşam borcu bu…
Əlbəttə, hər kəs lazımi qaydada yaşaya bilsəydi dərd də olmazdı. Eyni tövsiyyələr fərqli insanarla qarşılaşır. Allah insanları eyni yaratsa da, həyat durumları, yaşamı, onları fərqli bölgələrdə birləşdirir. Amma, çox şükür ki, dərdə qalib gələnlər də saysızdır.
Onları arsız adlandıran qruplar da var. Buna fikir verməyək. dərd etməyək.
Ağılın insana nə üçün verildiyini düşünək, ondan düzgün istifadə etməyi bacaraq. problemləri unutmayın, dərdləri unudun. Daha doğrusu, problemlərin həlli ilə məşğul olanda dərdlər də uzaqlaşır.
Boş buraxdığımız hər dəqiqə bizi zamanın amansız cənginə alır. Həmişə işlərlə məşğul olmalıyıq. Ömür səhifəmiz saysız duyğular və arzularla dolu olur. Onların hər birinin mutlu sonluğu möhkəm iradə, səbr, gərgin əmək, yüksək bilik və təbii ki, sonsuz sevgi tələb edir. Sevgi və qəlbin təmizliyindən doğur. Bəs qəlbi təmiz olmayanlar nə etsinlər?
Belələri özləri kimi insanlar tapıb əziyyətlə yaşayırlar. Ətrafa səpələdikləri pislikləri də həyat mübarizəsinin bir hissəsinə çevirirlər. Pis adamların yaxşı yola yönləndirilməsi çox nadir halda da olur. Bu da ilahi imtahanın bilmədiyimiz məqamlarıdır. Bu imtahanı çək-çevirə salmaqdansa gözəl duyğuların həbsi ilə razılaşaq. Bu duyğular bütün əziyyətlərə qalib gəlməyi bacarır.
Çox əziyyətlə iş görən bir fəhlənin oxuduğunu görmək nə qədər fərəh verirsə, əsl həyat hekayəsi də bundan canlanır. Hər əziyyətin sevincli sonunu unutmayaq. Hər ağrılı xəbərin unudulacaq durumunu düşünək. Bu müvəqqəti dünyanın əbədi varlığa çevriləcəyi gün uzaqda deyil. Hər birimiz o sütunun qorucuları olaq, əzab çəkənləri deyil…

Sənubər Səhər