Son sutka ərzində sərt karantin rejimini pozan 1248 nəfər cərimələnib – VİDEO

0
532

Koronavirus infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə Polis əməkdaşları tərəfindən ictimai nəqliyyatda, o cümlədən marşurut avtobuslarında, Bakı metropolitenində, habelə insanların sıx toplaşdığı ərazilərdə növbəti reyd keçirilib.

Reyd zamanı sosial məsafəni gözləməyən, tibbi maskalardan istifadə etməyən, icazəsiz yaşayış yerini tərk edən şəxslərə qanunvericiliyə uyğun olaraq xəbərdarlıq edilib, bəziləri isə inzibati məsuliyyətə cəlb olunublar.

Nərimanov Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin rəisi Elçin Mirzəli bütün vətəndaşları karantin qaydalarına əməl etməyə, xüsusən ictimai yerlərdə qoruyucu vasitələrdən istifadə etməyə çağırıb.

Son sutka ərzində Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazilərində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə nəqliyyat vasitələri ilə hərəkətdə olan 1248 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.